“İCMA İNKİŞAFI” MİKROLAYİHƏLƏR HƏYATA KEÇİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri boyunca Yevlax rayonunda “Ocaq” Humanitar Təşkilatının “İcma inkişafı” qurumu Səmədabad, Yaldili, Nemətabad kəndlərində mikrolayihələr həyata keçirmişdir. Səmədabad icmasında uzun illərdən bəri bərbad vəziyyətdə olan irriqasiya-drenaj şəbəkələri təmir olunmuş, 10 min kubmetr torpaqbərkitmə işləri aparılmışdır. Yaldili kəndində artezian quyusu qazılmış, kəndin ayrı-ayrı yerlərində 17 bulaq inşa edilib əhalinin istifadəsinə verilmişdir. Nemətabad kəndində məktəb binası təmir olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]