İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq onlayn konfransda məruzə edib
Bakı, 29 iyun, AZƏRTAC
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, Mürəkkəb dinamik sistemlərdə idarəetmə laboratoriyasının aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev Türkiyənin İstanbul şəhərində keçirilən “Riyazi inkişaf və tətbiq” adlı 3-cü beynəlxalq onlayn konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn konfransda R.Məstəliyev ingilis dilində “Stoxastik idarəetmədə optimallaşdırmanın şərtləri" mövzusunda məruzə ilə çıxış edib və verilən sualları cavablandırıb.
Konfransın məqsədi riyazi sahədə fikir mübadiləsi aparmaq, inkişaf proseslərini müzakirə etmək, əməkdaşlıq əlaqələrini genişləndirməkdir.