“İdman jurnalistikası” mövzusunda onlayn konfrans keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı “İdman jurnalistikası” mövzusunda onlayn konfrans keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Birliyin sədri Miraqil Seyidzadə 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü ilə əlaqədar idman mətbuatının nümayəndələrinə təbriklərini çatdırıb.
AİJF-nin idarə heyətinin üzvü Sənan Şəfizadə jurnalist yanaşmasından, gənclərin jurnalistikaya marağından, müsahibə üçün vacib qaydalardan, idman jurnalistikasındakı problemlərdən və onların həll yollarından bəhs edib.
Konfransda, həmçinin yaxın günlərdə keçiriləcək “Könüllü jurnalist” layihəsi haqqında da məlumat verilib. Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.