İdman rəqsləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 18 may, AZƏRTAC
İdman rəqsləri üzrə Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr (14-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (19-35 yaş) arasında Avropa-standart, Latın Amerikası və çoxnovçülük proqramlarında təşkil edilən yarışda “Aypara”, “Şane”, “Olimp”, “Çinar” və “Azəri” idman klublarının 70 nümayəndəsi mübarizə aparıb.
Böyüklər arasında Latın Amerikası proqramında Mişel Maritan və Andrea Bolzoni (“Şane”) dueti birinci yeri tutub. Standart proqramda da “Şane”nin yetirmələri fərqləniblər - Kiril Pavlov və Kristina Şinkaryuk. Coxnövçülük nominasiyasında isə “Aypara” idman klubunun üzvləri Yeqor Nikolayev və Aleksandra Raskatova birinci olublar.
Gənclər arasında hər iki növdə (Latın Amerikası və standart) birinci yeri “Aypara”nın nümayəndələri Vladislav Yesipenok və Alua Karqabayeva tutublar. Yeniyetmələrin mübarizəsinə gəlincə, Latın Amerikası növündə Ostap Şeşukov və Mədinə Məmmədova dueti (“Çinar”), standart proqramda isə Qaflan Abbasov və Anastasiya Kşnyakina (“Azəri inciləri”) qalib gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]