İdmançılarımız cüdo üzrə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 7 iyun, AZƏRTAC
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Qras şəhərində təlim-məşq toplanışı başlayıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək hazırlıqda Azərbaycanın 14 cüdoçu iştirak edir. İdmançılarımız sonra - iyunun 8-12-də Leybnits şəhərində keçiriləcək digər təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, gənclərin gələcəkdə təcrübəli idmançı kimi yetişməsində, mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak etmək mühüm əhəmiyyət kəsb edir.