İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
Bakı, 20 may, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan, mis sulfatın və sink sulfatın göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən məlumat verilib.
Faktla bağlı qəbul olunmuş qərar əsasında məhsul partiyası məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]