İKİ MİNDƏN ÇOX DANİMARKALI İNTERNET VASİTƏSİLƏ MÜSƏLMANLARDAN ÜZR İSTƏMİŞDİR
Fevralın 8-də açılan www. anotherdenmark. org. internet səhifəsində bütün dünya müsəlmanlarına Danimarka, ingilis və ərəb dillərində müraciət yerləşdirilmişdir.
Müraciəti imzalayanlardan biri yazır: “Mən başqa bir Danimarkanın - müsəlman dünyası ilə sülh şəraitində yaşamaq istəyən, dinlər arasında və insanların müxtəlif qrupları arasında hörmətə və dözümlülüyə inanan Danimarkanın mövcud olduğunu bildirirəm”. Başqa birisi yazır: “Bir danimarkalı kimi, mən ölkəmizin özəl qəzetinin dərc etdiklərinə görə heç bir məsuliyyət daşımıram. Hətta bu halda da bütün dünya müsəlmanlarını təhqir etmiş “Yullands-posten”in hərəkətlərini pisləyirəm və başa düşürəm ki, qəzet üzr istəməlidir”.
Bu sayt barədə informasiya Danimarka KİV-ləri vasitəsilə yayılmış və fevralın 9-da axşamadək təxminən 2360-dan çox ölkə sakini müraciətin müəllifləri ilə həmrəy olduğunu bildirmişdir.
Danimarkanın Ritzau İnformasiya Agentliyinin hesablamalarına görə, sayta yeni xəbərlər dəqiqədə təxminən beş məlumat sürəti ilə daxil olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]