İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
Bakı, 1 mart, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il martın 1-nə olan reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan Şəhriyar Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir. Dünyanın ən qabaqcıl iki gənc şahmatçısı xalların sayını 2700-ə çatdırıblar. Belə ki, rusiyalı Andrey Yesipenko və niderlandlı Yorden van Forest 2701 xal toplayıblar.
Digər şahmatçılarımız - 1 pillə geriləyən Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abbasov isə 2664 xalla 75-ci sırada qərarlaşıblar. Rauf Məmmədov (2654 xal) isə 3 pillə geriləyərək 90-cı yerdə qərarlaşıb.
Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.
Qadın şahmatçılardan Günay Məmmədzadə 2443 xalla 29-cu, Gülnar Məmmədova (2383) 79-cu, Xanım Balacayeva 2376 xalla 89-cu yerdədirlər.
Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]