İki yunan-Roma güləşçimizin Avropa çempionatında bürünc medal uğrunda görüşlərdəki rəqibləri müəyyənləşib
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçiləri İslam Abbasov və Beka Kandelakinin Avropa çempionatında bürünc medal görüşlərindəki rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, çempionatda 87 kiloqram çəki dərəcəsində çıxış edən İ.Abbasov üçüncü yer uğrunda qarşılaşmada Yohan Danielov Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq. Digər güləşçimiz B.Kandelaki (130 kq) isə macarıstanlı Dariuş Attila Viteklə üz-üzə gələcək.
Çempionatda 77 kiloqram çəki dərəcəsində yarışan Sənan Süleymanov isə təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]