İlaxır çərşənbə Naftalanda şəhid və qazi ailələri ilə birgə qeyd olunub
Naftalan, 14 mart, Elcan Məmmədov, AZƏRTAC
Naftalanda İlaxır çərşənbədə şəhid və qazi ailələrinin iştirakı ilə bayram tədbiri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi yad edilib.
Tədbirdə çıxış edən icra başçısı Vüqar Novruzov qeyd edib ki, xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib. Həmçinin bildirilib ki, xalqımız bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara və qələbələrə imza atacaq.
Sonra konsert proqramı təqdim olunub. Həmçinin şəhid və qazi övladları ağac əkiblər.
Möhtəşəm Novruz tonqalı, Keçəl və Kosanın şən zarafatları uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb.