İLDIRIMA TAB GƏTİRƏN AMERİKALI MƏHƏBBƏTƏ DÖZMƏDİ
AZƏRTAC xəbər verir ki, “Çikaqo san” qəzetinin yazdığına görə, ABŞ-ın Virciniya ştatının sakini Roy Sallivanın 16 yaşı tamam olanda onu ildırım vurmuş və yeniyetmə böyük ayaq barmağının dırnağını itiribmiş. 26 il sonra ildırımın Royu düz alnından vurması nəticəsində onun yalnız qaşları qarsalanmışdır. İki il sonra səmanın zərbəsi Royun ürəyinin lap yaxınlığından keçərək, sol çiyninə düşmüş, daha iki il sonra isə saçlarını yandırmışdır. Üç il sonra ildırım onun topuğunu vurmuşdur. Daha bir il sonra isə sinəsi və qarnını vurmuş, lakin yüngül yanıqlarla canını qurtara bilmişdir. Buna baxmayaraq, ildırımın “sevimlisinin” həyatı faciəli şəkildə sona yetmişdir. Sallivan intihara əl atmışdır. Deyilənə görə, buna cavabsız məhəbbət səbəb olmuşdur. İldırımın güc gələ bilmədiyi Sallivanın həyatına məhəbbət oxları son qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]