Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev qüdrəti: Yüzilliklərin planlarını pozan 20 ilin yekunu və yeni üfüqlər - RƏY

İlham Əliyev qüdrəti: Yüzilliklərin planlarını pozan 20 ilin yekunu və yeni üfüqlər -  RƏY

Bakı, 11 oktyabr, AZƏRTAC

XXI əsrin görkəmli dövlət və siyasi xadimi, qədim və zəngin dövlətçilik tariximizin ən böyük strateqi, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20 ili tamam olur. Keçilən yola düzgün qiymət verməkdən ötrü başlıca sual olan 1988-ci ildən etibarən Ermənistanın əsassız ərazi iddialarının başladığı vaxtdan bəri Azərbaycan xalqının və hakimiyyətlərinin qarşısında dayanan başlıca vəzifələrin nədən ibarət olduğuna cavab axtarmaqdır. Əsas vəzifə tarixi torpaqlarından, dədə-baba yurdlarından vəhşicəsinə qovulan azərbaycanlıların problemlərini həll etmək, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini dayandırmaq, dövlət müstəqilliyi bərpa edildikdən sonra isə dövləti qurmaq və hərbi təcavüz nəticəsində işğal olunmuş torpaqları azad, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı deyib.

Deputat 1988-1993-cü illərdə bir-birini əvəzləyən bacarıqsız hakimiyyətlərin Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini və hərbi təcavüzünü dayandıra bilmədiklərini, ərazilərin işğal olunduğunu, qaçqın və məcburi köçkünlər ordusunun yarandığını söyləyib. Bildirib ki, baş verənlər nəticəsində ölkə daha da geri getdi və ümumi böhran yarandı:

“Azərbaycan dövlət müstəqilliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq təhlükəsi qarşısında dayandığı ağır bir şəraitdə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev təkcə dövləti dağılmaqdan, ölkəni separatçılıqla bölünməkdən xilas etmədi, eyni zamanda, Ermənistanın hərbi təcavüzünü dayandırmaq və işğal edilmiş əraziləri azad etmək üçün müəyyənləşdirdiyi strategiyasını mərhələ-mərhələ həyata keçirməyə başladı. 1994-cü ilin may ayında atəşkəsə gedərkən Heydər Əliyevin başlıca məqsədi ordu qurmaq, bərbad halda olan ölkənin inkişafının açarını tapmaq, fəal xarici siyasət yürüdərək tərəfdaşlar qazanmaq və əraziləri işğaldan qurtarmaq üçün etibarlı zəmin hazırlamaq idi. Ölkənin inkişafının açarını tapan Heydər Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycan tarixində ilk dəfə olaraq təbii sərvəti - nefti milli sərvətə çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Böyük İpək yolunun, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və digər layihələrin təməli qoyuldu.

Millət qarşısında Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri özünün başa çatdıra bilmədiyi işləri həyata keçirmək, ən başlıcası, işğal altında qalan torpaqları azad etmək zəkasında, qüdrətində və qətiyyətində olan davamçısını - İlham Əliyevi yetişdirmək oldu”.

Musa Qasımlı 2003-cü il oktyabrın 15-də İlham Əliyevin Prezident seçilməsindən sonra ərazilərin düşmən işğalından azad edilməsinə hazırlığın növbəti mərhələsinin başlandığını vurğulayıb:

“Prezident ikitərəfli və beynəlxalq görüşlərdə qəti şəkildə bəyan etdi ki, Azərbaycan xalqı və dövləti ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək və istənilən vasitələrlə onu azad edəcəkdir. Güclü iqtisadiyyat yaradıldı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Böyük İpək yolunun və Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi Azərbaycan dövlətinin dünya siyasətində yerini möhkəmləndirdi və rolunu artırdı.

Müdafiə sənayesi yaradıldı. Qüdrətli ordu quruldu. 2016-cı ilin aprel döyüşləri nəticəsində ərazilərinin bir hissəsini azad etməklə Azərbaycan dövləti işğalla qətiyyən barışmayacağını düşmənə və dünyaya göstərdi. Aprel döyüşləri 2020-ci ildəki zəfərin Baş Məşqi oldu.

Aktiv diplomatik fəaliyyət yürüdüldü. Məqsədə çatmaqdan ötrü Prezident İlham Əliyev “yumşaq güc”dən məharətlə istifadə etdi.

2020-ci il 27 sentyabr-10 noyabrda 44 günlük Vətən müharibəsində təcavüzkar ölkə əzildi, torpaqlar işğaldan azad edildi və ərazi bütövlüyü bərpa olundu. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanat Ermənistanın danışıqsız təslimolma aktı idi. Prezident İlham Əliyev 1920-ci ilin əvvəllərindən etibarən süni şəkildə siyasi leksikona daxil edilmiş “Dağlıq Qarabağ” ifadəsi tarixin zibilliyinə atdı. Bu, 100 ilin kobud səhvinin Prezident tərəfindən qətiyyətlə düzəldilməsi və tarixi zəfəridir”.

Vətən müharibəsinin Prezident İlham Əliyevin mahir hərbi strateq, komandan olduğunu göstərdiyini söyləyən tarixçi siyasi, diplomatik və informasiya savaşının da tək komandanının Azərbaycan lideri olduğunu vurğulayıb.

“Ermənistan məğlub olmasına baxmayaraq, üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmədi, silahlı qruplaşmalarını və terrorçu dəstələrini Azərbaycanın ərazilərindən çıxarmadı.

2021-ci il iyulun 7-də Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında fərman imzalamaqla tarixi ədaləti bərpa edərək siyasi leksikona Zəngəzur ifadəsini daxil etdi. Bu, sadəcə Şərqi Zəngəzur adlı iqtisadi rayonun yaradılması məsələsi deyildi. Bilindiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti zamanı qəzalardan biri Zəngəzur adlanırdı. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması o demək idi ki, Qərbi Zəngəzur da vardır və bu, tarixi Azərbaycan torpağıdır.

2023-cü il 23 apreldə Laçında Həkəri çayının üstündəki körpüdə sərhəddə nəzarət-keçid məntəqəsinin qurulması ilə Azərbaycan Respublikası 1991-ci ildən sonra ilk dəfə olaraq dövlət sərhədlərinə nəzarəti həyata keçirməyə başladı. Bu, Prezident İlham Əliyevin misli görünməmiş tarixi qələbəsi idi. Məntəqənin qurulması Şuşa şəhərinin və digər ərazilərin düşmən işğalından azad edilməsi qədər strateji əhəmiyyət daşıyırdı.

Azərbaycan rəhbərinin Ermənistana müraciət edərək silahlı qüvvələrini və terrorçu dəstələrini çıxarmağa, bütün məsələləri dinc, danışıqlar yolu ilə həll etməyə dair çağırışları cavabsız qaldı. Ermənistan yenə də kənar qüvvələrin təsiri altında Azərbaycana qarşı böhtan, qarayaxma kampaniyasına başladı və “humanitar yardım” adı altında sərhəddə təxribat törətməyə cəhd etdi.

Təcavüzkar Ermənistanın işğal nəticəsində qurduğu separatçı, terrorçu rejim Azərbaycan dövlətinin 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi 23 saat 43 dəqiqə sürən lokal xarakterli antiterror tədbirlərindən sonra şərtləri qəbul etdi, ağ bayraq qaldıraraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ayaqları altında diz çökdü. Terrorçu qrupların və separatçıların təslim olması ilə Azərbaycan dövləti bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. Bu, qələbənin memarı olan İlham Əliyevin 1988-ci ildən bəri Azərbaycan xalqının qarşısında dayanan vəzifəni inanılmaz məharətlə həll etməsi və möhtəşəm tarixi zəfəri idi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmənin ərazilərimizdən qovulması, bir müddət sonra sərhəddə Laçın rayonunda Həkəri çayının üstündəki körpüdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimiz üzərində nəzarətin əldə edilməsi, lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejimin dövlətimizin şərtlərini qəbul edərək ağ bayraq qaldırması nəticəsində bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olunması, separatçıların həbs olunması böyük tarixi əhəmiyyət daşıyır.

İşğalçı ölkə əzildi, dünya erməniliyinin və havadarlarının XVIII əsrdən etibarən qurduqları planlar darmadağın edildi və millətimizin arzuları, xəyalları gerçəkləşdi. “Dənizdən dənizə Ermənistan”, “Böyük Ermənistan” xəyalları dağıdıldı. Bu qələbə Ermənistanı müdafiə edən dövlətlər, təşkilatlar, lobbi qrupları üzərində tarixi zəfərdir. Prezident İlham Əliyev orta əsrlərdə hakim olan səlibçi psixologiyanı, islamofobiya planlarını yeni şəraitdə darmadağın edərək yenilməz, onların hamısından güclü, mahir strateq və üstün zəka sahibi olduğunu sübut etdi. Yüzilliklər boyu türk dünyasına qarşı quraşdırılan kirli oyunları Prezident İlham Əliyev pozaraq türk xalqlarına yol göstərdi, onların başını uca etdi. Prezident zəkası, qətiyyəti, cəsarəti və yenilməz iradəsi ilə dünyaya Möhtəşəm Azərbaycanlı Obrazı təqdim etdi. Bütün təzyiqləri rədd edən Prezident İlham Əliyev özünün dediyi kimi, heç bir yarımçıq qərarın qəbuluna tərəfdar olmadı, millətin və dövlətin inkişafına mane olan əngəli əzdi, əsrin səhvini düzəldərək Azərbaycan ərazisində basdırılmış bombanı əbədi olaraq zərərsizləşdirdi, çibanı kökündən kəsib atdı, zəmanəmizin ən böyük strateqi, diplomatı, mahir sərkərdəsi, informasiya savaşının qalibi olduğunu göstərdi”, - deyə Musa Qasımlı bildirib.

Tarixçi deputat vurğulayıb ki, bu gün Xocalı soyqırımı qurbanlarının, Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərin, həyatlarını itirmiş günahsız mülki insanların ruhları şaddır:

“Onların qanı hədər getmədi, arzuları gerçəkləşib, dövlət bayrağımız ərazilərimizdə dalğalanır.

Beləliklə, 2003-2023-cü illərdə keçilən yolun başlıca yekunu 1988-ci ildən bəri Azərbaycan xalqının arzularının, başlıca məqsədinin - güclü Azərbaycan dövlətinin yaradılmasının, ərazilərin işğaldan azad edilməsinin, dövlət sərhədləri üzərində tam nəzarətin qurulmasının, ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərqərar olmasının yerinə yetirilməsidir.

Bütün bunlar Prezident İlham Əliyevin yaratdığı qalib millətimizin və tarixində ən güclü dövrünü yaşayan dövlətimizin qarşısında yeni üfüqlər açır. Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Azərbaycan xalqı qalib xalq kimi yaşayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda intellektual bilik yarışının qaliblər bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib