“İlhamlı qələbələr” adlı idman festivalı keçiriləcək
Bakı, 31 avqust, AZƏRTAC
44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı qələbələr” adlı idman festivalı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, festival çərçivəsində velosiped idmanı, şahmat, stolüstü tennis, futbol və peyntbol üzrə yarışların təşkili planlaşdırılır.
Festival Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, İdman Jurnalistləri Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi, “Azərbaycan Əlil Velosipedçilərə dəstək” İctimai Birliyi və “BrendSport.az” saytının təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, avqustun 31-də festival çərçivəsində ilk yarış- jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında velosiped idman növü üzrə “Zəfər kuboku” turniri keçiriləcək.
Yarışda ilk üç yerə sahib olan iştirakçılara diplom və medallar, eyni zamanda, velosiped hədiyyə olunacaq. Mükafatçılara digər hədiyyələr də təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]