Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk dəfə bacısının yerinə səhnəyə çıxdı və hamını “Süsən sünbül”lə ovsunladı - MÜSAHİBƏ

İlk dəfə bacısının yerinə səhnəyə çıxdı və hamını “Süsən sünbül”lə ovsunladı - MÜSAHİBƏ

Bakı, 30 sentyabr, Fidan Əlizadə, AZƏRTAC

Müsahibimiz II “Muğam” Televiziya Müsabiqəsinin qaliblərindən biri, “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının diplomantı, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Rəvanə Qurbanovadır. İstedadlı ifaçı uğura gedən yol barədə düşüncələrini AZƏRTAC-la bölüşüb.

- Xoş gördük, Rəvanə xanım. Bu sənətə gəlməyiniz və atdığınız ilk addımlar barədə danışardınız...

- Mənim kiçik yaşlarımdan musiqiyə, sənətə sevgim və marağım olub. Sənətdə ilk addımım isə gözlənilməz əhvalatla başlayıb. Belə ki, bir gün Şəki şəhərindəki “Ziyalılar evi”ndə müsabiqə keçirilirdi. Məndən 8 yaş böyük bacım müsabiqəyə yazılmışdı. Həmin gün bacım həyəcanlandığı üçün ifa edə bilmədi və bu halda mahnını mənim oxumağım təklif olundu. O zamanlar yaşım az olduğundan tək bildiyim mahnı “Süsən sünbül” idi. İfamın maraqla qarşılanması bu sənətə həvəsimi birə-beş artırdı. Doqquz yaşımda Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində vokal, pianino, musiqi ədəbiyyatı üzrə dərslərə başladım. Oranı bitirib, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) təhsilimi davam etdirdim. Kollecdə bir il oxuduqdan sonra bilik və savadımla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) qəbul oldum. Yaşıdlarımdan fərqli olaraq, ali təhsil almağa bir il erkən başladım.

- Necə oldu ki, “Muğam” Televiziya Müsabiqəsinə qatıldınız?

- Universitet illərim maraqlı xatirələrlə doludur. İlk gündən anlamışdım ki, bu yol məni uğurlu sabahlara aparacaq. Düşüncəm məni yanıltmadı. Hələ birinci kursda oxuyarkən müəllimim, Xalq artisti Səkinə İsmayılova “Muğam” Televiziya Müsabiqəsinə sənəd qəbulu başladığını bildirərək, mənim də iştirakımı istədi. Sözün düzü, hələ muğamlarımızı yaxşı mənimsəmədiyimdən tərəddüd edirdim. Lakin o, məni həvəsləndirdi. Müsabiqənin ilk günlərində çox həyəcanlanırdım. Elə bil bir balıq çaydan çıxıb, okeana düşmüşdü. Mən də həmin dövrdə özümü elə hiss edirdim. Amma zaman keçdikcə alışdım və özümü bu tərkibin bir parçası kimi hiss etdim. Hər həftə hamıdan fərqli seçim etdim, çox az istifadə olunan əsərləri öyrəndim. Ustadımın həmin ərəfədə mənə söylədiyi qiymətli nəsihətlər hələ də qulağımdadır: “Hər kəs bilən qəzəli ifa etmə. Çalış, çoxluğun içərisində mahnı seçiminlə fərqlənəsən”.

- Adınız gənc istedadların “Qızıl kitab”ında da yer alır...

- Bəli, bu, olduqca qürurvericidir. Həmin müsabiqədən sonra, 2008-ci ildə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qala konsertimiz oldu. Bizlərə yüksək səviyyədə diqqət və qayğı göstərildi. İllər keçməsinə baxmayaraq, bu diqqəti yenə də öz üzərimizdə hiss edirik. Görüşdə Prezident İlham Əliyevin dediyi sözlər heç vaxt yaddaşımdan silinməyəcək: “Sizlər Azərbaycan xalqına sevinc bəxş etmisiniz. Artıq hər biriniz ictimaiyyət tərəfindən tanınan insanlarsınız. Əminəm ki, bundan sonra da fəaliyyətinizi yüksək peşəkarlıq səviyyəsində davam etdirəcəksiniz. Sözün əsl mənasında, milli ulduzlara çevriləcəksiniz. Mən şadam ki, milli musiqi sənətinin ulduzları artıq yaranıblar. Azərbaycan xalqının milli sərvəti, musiqi sənətimizin əsası olan muğamı siz yüksək səviyyədə təbliğ edirsiniz”.

Daha sonra Prezident İlham Əliyev tərəfindən qaliblərə təqaüd verilməsi və adımızın gənc istedadların “Qızıl kitab”ına daxil olunması haqqında Sərəncam imzalanması bizim üçün böyük fəxarət hiss idi.

Yeri gəlmişkən, muğamımızın dünyada təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi də danılmazdır. Muğam ustadlarının köhnə lent yazıları, albomları bərpa edildi, yeni müsabiqələr keçirildi, istedadlı gənclər üzə çıxarıldı.

- 32 ildən sonra 2021-ci ildə Şuşa şəhərində ilk “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirildi. Siz də o festivalda iştirak etmisiniz. Uzun illər sonra düşmən tapdağından azad olunan Şuşada – Cıdır düzündə təşkil edilən bu festivala dəvət almaq sizin üçün gözlənilməz olmadı ki?

- Şuşaya ilk dəfə ayaq basanda qəribə duyğular keçirdim. Orada heç olmamışdım. Həmin hisslər hazırda gözlərimi yumanda belə yenidən canlanır. Festivala dəvət alan zaman həm kövrəlmişdim, həm də qürur hissi keçirirdim. Çünki torpaqlarımız işğaldan azad olunub və sevinirəm ki, bu festival yenə də ənənəvi davam edəcək. Festivala dəvət almaq, orada çıxış etmək məni bir daha qürurlandırdı.

- Ölkə hüdudlarından kənarda muğamımızı təbliğ edirsiniz. Qastrol səfərlərində hansısa maraqlı hadisələrlə rastlaşmısınız?

- Bəli, Rusiya, Türkiyə, Almaniya, Niderland, Avstriya, Meksika, Belarus və Latviyanın, həmçinin ABŞ-ın iki ştat və altı şəhərində qastrol səfərlərində olmuşam. Hər biri maraqlı xatirələri özündə əks etdirir. Mənim hər dəfə marağımı cəlb edən məqam isə xarici qonaqların muğamlarımızı duyması və təsirlənməsidir. Bəzən hətta onlar kövrəlib ağlayırlar da. Belə hadisələr bir daha göstərir ki, musiqinin dili eynidir, o, qəlblərə yol tapır.

Səfərlərimin birində səhnədə olan zaman almaniyalı qadın yaxınlaşıb mahnını necə ifa etdiyimlə maraqlandı. Söhbət əsnasında öyrəndim ki, sən demə o, mahnıların belə məlahətli səslənməsini boğazımda hansısa bir “alət”in olması ilə əlaqələndirib. Heç nə “tapmadığından” özü də çox təəccüblü qaldı.

- Siz bir ifaçı kimi uğuru nədə görürsünüz?

- 2017-ci il dekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında baş rolu ifa etdim. Daha sonra Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm rolunu canlandırdım. İlk solo konsertim “Vətənim” isə 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində olub. 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə “Oxu tar” adlı solokonsertim də reallaşıb. 2023-cü il dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində “Qəlbimizin səsi” adlı solokonsert proqramı ilə çıxış etmişəm. Bunların hamısı mənim üçün bir uğurdur. Düşünürəm ki, bir ifaçı öz üzərində nə qədər çox işləsə, özünü, sənətini, mənsub olduğu milləti sevdirməklə yanaşı, həm də bəşəriyyət üçün faydalı birinə çevrilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam