İlon Mask onu seçkiləri satın almaq cəhdində ittiham edən Baydenə cavab verib
Bakı, 18 iyul, AZƏRTAC
Amerikalı milyarder İlon Mask onu və “varlı dostlarını” noyabrda keçiriləcək prezident seçkilərini satın almaq niyyətində ittiham edən ABŞ Prezidenti Co Baydenin tənqidlərinə X sosial şəbəkəsində cavab verib.
AZƏRTAC xəbər verir ki, Bayden Maskı prezident seçkilərini pulla almaq cəhdində ittiham edib. O, “İlon Maskın və onun varlı dostlarının bu seçkiləri satın almağa çalışmasından” bezdiyini bildirib. Bayden, həmçinin postlarından birinə Demokratlar Partiyasına ianə toplamaq üçün veb-saytın linkini yerləşdirib. Saytın səhifəsində İlon Maskın və prezidentliyə digər namizəd Donald Trampın fotolarını da görmək olur.
“Mən onun (Baydenin - red.) fikirlərində tamamilə pulsuz yaşayıram”, - deyə Mask prezidentin postlarının skrinşotunu təqdim edən X sosial şəbəkə istifadəçisinin postuna cavab olaraq yazıb.
Bundan əvvəl İlon Mask bildirmişdi ki, Co Bayden X sosial şəbəkəsinin platformasında tamaşaçıların real vaxt rejimində iştirak edə biləcəyi debatda çıxış etməyə heç vaxt razı olmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]