İMİŞLİ REGİONAL AQROSERVİS-TƏCHİZAT BAZASI YARADILMIŞDIR
İmişlidə Aqrolizinq Açıq Tipli Səhmdar Cəmiyyətinin Regional aqroservis-təchizat bazası yaradılmışdır. Tezliklə bazanın respublikamızın 7 rayonunda bölməsi də açılacaqdır.
Bazadan AZƏRTAC-a bildirmişlər ki, müəssisəyə 758 milyon manat dəyərində müxtəlif markalı kənd təsərrüfatı maşınları, 2290 ton superfosfat, 620 ton azot gübrələri alınıb gətirilmişdir. Məhsullar sahibkarlara uzunmüddətli və güzəştli kreditlərlə veriləcəkdir. Burada 50 iş yeri açılması nəzərdə tutulur.