İmişlidə indiyədək qoyunlardan 40 tondan çox yun qırxılıb
İmişli, 5 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlidə qoyunçuluq əsas təsərrüfat sahələrindən biridir. Rayonda bu sahəyə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda qoyunçuluq təsərrüfatlarında 255 min 617 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1191 baş çoxdur.
Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımına başlanılıb. İndiyədək fermerlər 40 tondan çox yun tədarük ediblər. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub. Ayrı-ayrı fərdi təsərrüfatlarda hər qoyundan 2,1 və 2,2 kiloqram yun qırxılır.
Yun qırxımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]