İMİŞLİDƏ SÜXUR SUYU İLƏ DOLMUŞ HƏYƏTLƏRİN SAYI İKİ MİNƏ ÇATIR
İmişli, 12 may (AZƏRTAC). Araz və Kür çaylarının daşması İmişli rayonunda da ciddi fəsadlar törətmişdir. İmişli şəhərində və rayonun 5 kənd yaşayış məntəqəsində 2 minədək evi su basmışdır.
Rayon fövqəladə hallar komissiyasının verdiyi məlumata görə, daşqına məruz qalmış ərazilərdə çiy kərpicdən tikilmiş 33 ev uçmuş, 250-dən artıq ev isə qəzalı vəziyyətə düşmüşdür. Uçmuş evlərin 300 nəfərdən artıq sakini müvəqqəti olaraq qohumlarının evlərində yerləşdirilmişdir.
Bəhrəmtəpə Hidroqovşağının müdiri Mirqoca Mirişovun bildirdiyinə görə, son iki gündə çayda su keçiriciliyi azalaraq 850 kubmetrə düşmüşdür. İki-üç gün əvvəl isə bu göstərici 1100 kubmetrdən yuxarı olmuşdur.
Rayonda bütün qüvvələr daşqının nəticələrinin aradan qaldırılmasına yönəldilmişdir. Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin, rayonun 30-a yaxın idarə və müəssisəsinin 120-dən artıq texnikası, minlərlə yerli əhalinin qüvvəsi ilə sahilbərkitmə tədbirləri həyata keçirilir. Subasmaya məruz qalmış sahələrdə irili-xırdalı 40-dək su nasosu quraşdırılmışdır. Bu nasoslarla süxur suları fasiləsiz çəkilərək kənara axıdılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]