İMİŞLİDƏ YENİ ASFALT ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Dövlət Proqramına uyğun olaraq İmişlidə yeni tikinti materialları istehsalı sahələrinin genişləndirilməsinə xüsusi fikir verilir. Belə ki, “Orion-E” Məhdud Məsuliyyətli Cəmiyyəti saatda 25 ton məhsul istehsal edən yeni asfalt zavodu tikib işə salmışdır. Cəmiyyət idarəetməyə götürdüyü 30 hektara yaxın qum-çınqıl sahəsində müasir tipli çeşidləyici və doğrayıcı qurğular quraşdıraraq istehsal fəaliyyətini artırmış, rayonda inşa olunan şəkər zavodunun sifarişlərini yerinə yetirməyə başlamışdır. Müəssisədə 30 nəfər işlə təmin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]