İmişlidə yerləşən ikimərtəbəli obyektdə güclü yanğın baş verib
İmişli, 29 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə saat 23 radələrində rayonda dolama yolunun kənarında yerləşən “Çay bağı” adlanan obyektdə baş verib.
Yanğın qısa müddətdə güclənərək obyekti cənginə alıb. Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.