İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib
Bakı, 11 yanvar, AZƏRTAC
İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib. Bunun 1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb. Sənaye zonalarında 10 min 400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.