İngiltərə Premyer Liqası: "Liverpul" - "Çelsi" oyununda qalib müəyyənləşməyib
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III turun növbəti maraqlı görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmada "Liverpul" klubu "Çelsi" komandası ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hesab 22 dəqiqədə açılıb. Kay Havers “Çelsi” azarkeşlərini sevindirib. “Liverpul” qarşılaşmanın son dəqiqələrində məğlubiyyətdən xilas ola bilib. Belə ki, Məhəmməd Salah (45+4) komandasının bərabərlik qolunu vurub.
“Liverpul” və “Çelsi” üç turdan sonra 7 xal toplayıblar. Qeyd edək ki, bu, “Everton” və “Vest Hem”in xallarının sayına bərabərdir. Bu komandalar hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]