İngiltərə Premyer Liqası: “Everton” və “Arsenal” qələbə qazanıb
Bakı, 2 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 1-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma oynanılıb.
Maraq doğuran görüşlərdən biri “Emirates” stadionunda oynanılıb. “Arsenal” klubu “Norviç Siti”ni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət, oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.
Bu qələbədən sonra xal ehtiyatını 46-a çatdıran “Arsenal” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Norviç Siti” isə 21 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.
Günün digər oyunlarında “Everton” öz meydanında “Lester Siti”ni (2:1), “Bormunt” isə səfərdə “Nyukasl Yunayted” komandasını məğlub edib - 4:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]