İngiltərə Premyer Liqası: “Mançester Siti” öz meydanında “Arsenal”ı darmadağın edib
Bakı, 28 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Mançester Siti” "Arsenal"la qarşılaşıb. "Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri "topçular"ı darmadağın edib - 5:0.
"Şəhərlilər"in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12-ci və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub.
Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran "Mançester Siti" liderliyə yüksəlib. Xalı olmayan "Arsenal" isə sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]