İNGİLTƏRƏNİ GÖZƏLLİK MÜSABİQƏSİNDƏ İLK DƏFƏ MÜSƏLMAN XANIM TƏMSİL EDƏCƏK
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, Əfqanıstandakı Taliban rejimindən qaçaraq canını qurtaran xanım Koxistani dekabrın 11-də keçiriləcək Dünya gözəllik müsabiqəsində İngiltərəni təmsil edən ilk müsəlman qadın olacaqdır. İslam ekstremistləri müsabiqəyə qatılacağı təqdirdə onu öldürməklə hədələyirlər. Özbəkistanda doğulan, Koxistani 1996-cı ildə valideynləri ilə birlikdə Əfqanıstandan qaçaraq Dubay, Özbəkistan, Ukrayna ərazisi ilə Böyük Britaniyaya gəlmişdir. Burada atası tərəvəz biznesi ilə məşğul olmuş, anası Leyla isə tərcüməçi işləməyə başlamışdır. Koxistani 14 yaşında ikən artıq 6 dildə danışırdı. O, Bollywood filmdə iştiraka da dəvət almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]