INHA professoru: İkili diplom proqramının tələbələri beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacaqlar
Xırdalan, 22 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Koreya (Cənubi) Respublikasının INHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan üçhəftəlik yay məktəbinin müəllimi, təhsil ocağının elektrik mühəndisliyi ixtisası üzrə professoru Daeyu Kim tədrislə bağlı təəssüratlarını bölüşüb.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Professor deyib ki, yay məktəbində tələbələrə elektrik və elektronika mühəndisliyinin əsas prinsiplərini tədris edir və tələbələrin rəqəmsal məntiqi sxemləri həvəslə öyrənmələrindən, dərslərdə olduqca fəallıq göstərmələrindən məmnundur: “Tələbələr keçirilən dərslərə ciddi yanaşır, bu prosesi bilikləri artırmaq, təcrübə toplamaq baxımından düzgün dəyərləndirirlər. Rəqəmsal sxemlərə bələd olmaqla onlar, həmçinin elektrik sistemləri və elektron cihazları inkişaf etdirə bilirlər”.
Daeyu Kim BMU və INHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı tələbələrinin beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacağına inamını ifadə edib: “Hesab edirəm ki, tələbələrimiz beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacaq və bu, ölkəniz üçün böyük sərvətdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [18:29]
Nəzakət və intellektin vəhdəti - professor Nəzakət Məmmədli
- 12.05.2026 [18:18]
Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı
- 12.05.2026 [18:14]
BDU-da “Məzunun izində” layihəsi davam edir
- 12.05.2026 [18:12]
Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb
- 12.05.2026 [17:40]
AzTU komandası “Game Summit 2026”nın qalibi oldu
Bu saata olan əsas xəbərlər
- [20:00]
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]