Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnkişafın milli formulu – Azərbaycan 2020:
strateji hədəflərlə real nəticələrə

                                                                         Elnur Aslanov

                                            Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 

                                              siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri

Hansı birincidir: hədəflər, yoxsa nəticələr?

                                                            “Təqlid ən asan yoldur. Təcrübə ən acı yoldur.

                                                          Ən düzgün yol düşüncə yoludur”.

                                                                                              Konfutsi

Müasir dövlətin əsas göstəricilərindən biri sürəkli dəyişən reallığa həssaslıq, mövcud strateji fazanın başlanğıc və sonunun fərqində olmaq, çevik manevrlər etməkdir. XXI əsrdə siyasət həmişəkindən daha çox intellektual mübarizə meydanına çevrilmişdir. Hər bir dövlət inkişaf vektorunu müəyyən etmək, strateji oriyentirləri dəqiqləşdirmək zərurəti ilə üzləşərək, onlara tarixi təcrübə, reallıq və perspektivlər prizmasından düzəlişlər edir.

Bu zaman düzgün seçim edilməsinə nə dərəcədə nail olmaq isə bir məsələdə - hədəflər və nəticələr asılılığının mükəmməl hesablanmasında özünü aşkar göstərir. Düzgün hədəflərin nişan alınması davamlı uğurlar və nəticələr deməkdir. Gələcək yalnız uğurların üzərində qurula bilər. Lakin şübhəsiz ki, bundan daha əvvəl real nəticələrə hesablanmış aydın hədəflər olmalıdır.

Dövlət başçısı İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam imzalamışdır. Bu sənədin dövlətçilik üçün tarixi əhəmiyyətini kiçik yazıda əhatə etmək qeyri-mümkündür. Müstəqil Azərbaycanda dövlət siyasəti həmişə strateji xarakterli olmuşdur. İnkişafın müxtəlif sahələrinə, - iqtisadiyyatın, elmin, regionların, mədəniyyətin, gənclər siyasətinin və s. - dair çoxsaylı qısamüddətli proqramlar qəbul edilmiş və yerinə yetirilmişdir.

Qeyd edilən Sərəncam müstəqillik tarixində bütövlükdə Azərbaycan dövlətinin yaxın perspektivlərinə hesablanmış ilk rəsmi dövlət sənədidir. Bununla dövlətçiliyin növbəti 10 il üçün inkişaf strategiyasının təməli qoyulur. 2020-ci ildə qarşıdakı 10 ilə yekun vurulacaq və həmin yekunların necə olacağı dövlət başçısının verdiyi Sərəncamın əsas məqsədini təşkil edir.

Bu, o deməkdir ki, Azərbaycan əldə etdiyi uğurlar üzərindən geniş üfüqlər açmaq niyyətindədir.

Milli quruculuğun strateji fazaları: son və yenidən başlanğıc

Sərəncamda dövlətimizin milli inkişaf strategiyasında bir tarixi mərhələni arxada qoyaraq, yeni keyfiyyət mərhələsinə - milli quruculuğun üçüncü fazasına adlaması öz əksini tapmışdır. Bu mərhələnin konturları hamı tərəfindən hələlik aydın sezilməsə də, biz artıq onunla qoşa addımlayırıq. Tarixə qovuşan 2011-ci ildə ölkədə və dünyada müstəqilliyimizin 20 illiyinin yekunları ən geniş müzakirələrin mövzusunu təşkil etmişdir. Ötən 20 ilin bütün uğurlu yekunları sübut edir: müstəqil Azərbaycan gələcəyə yönəlmiş və dəyişiklikləri önləyə bilən siyasət həyata keçirmişdir. Bu qısa tarix ərzində Azərbaycan nəinki inkişafın ən düzgün oriyentirlərini müəyyən etmiş, həmçinin mövcud modellərin böhran yaşadığı dünyada sabitliyin təmin olunmasının, böhrandan öndə olmağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.

Geridə qalan hər on il qarşıdakı nəhəng vəzifə və hədəflərinə görə bir-birindən fərqli olmuş, konkret dövrün simvolu kimi dəyər kəsb edən siyasi konseptləri müəyyən etmişdir. 1990-cı illərdən başlayan birinci onillikdə proseslər tranzitoloji paradiqma çərçivəsində baş verdi, keçid dövrü kimi yadda qaldı. Onun başlıca məzmununu işğalçı müharibə şəraitində “xaos və anarxiyanın aradan qaldırılması, sabitliyin və müstəqilliyin təmin edilməsi” kimi siyasi konsept təşkil etmişdir.

2003-cü ildən başlayan növbəti fazanın mahiyyətini “davamlı dinamik inkişaf və islahatlar” kimi siyasi konseptlər ifadə etmişdir. Qeyd edilən konseptlər ictimai şüurda dövlətçiliyin inkişafı üçün yeni uğurların sinoniminə, mənəvi dəyərə çevrilir.

Yalnız gələcəyə baxan dövlətin gələcəyi ola bilər

“Əgər gələcək haqda düşünmürsünüzsə, onda sizin gələcəyiniz olmayacaq”.

Nobel mükafatçısı ingilis yazıçısı

Jon Qolsuorsi

Strategiya ən qısa şəkildə - 1. Gələcəyin aydın hədəfləri, 2. Onlara nail olmaq üçün milli birlik və ortaq səylərin təminatı mənasında başa düşülür. Yalnız strateji siyasət həyata keçirən dövlət bu gələcəkdə mövcud ola biləcək və keçmişin stereotiplərinə qapanıb qalanların gələcəyi ola bilməz. Strategiya elmindən məlumdur ki, adətən proqnozlar müəyyən edilərkən analitiklər subyektiv stereotiplərin təsiri altına düşə bilirlər. Bu, o qədər də təhlükəli deyildir.

Ən təhlükəli olan odur ki, bütöv xalqlar və dövlətlər keçmişin arxaik stereotiplərinin əsirinə çevrilir, gələcəkdən məhrum siyasəti dövlət səviyyəsində həyata keçirirlər. Ermənistan dövlətinin yürütdüyü siyasət buna bariz nümunədir. Hər bir xalqın keçmişində qəhrəmanlıq səhifələri də, acı faciələr də vardır. Eyni zamanda, inkaredilməz bir həqiqət də var ki, keçmiş heç zaman gələcək üçün örnək ola bilməz. Bu gün gələcəyin obrazını yaxına belə buraxmayan, keçmişin əsirinə çevrilərək strateji düşüncə mədəniyyətindən məhrum olan Ermənistan dövləti var. Təsadüfi deyil ki, keçmişin saxta miflərinin əsiri olan Ermənistanda son 20 ildə strategiya ilə bağlı, ümumiyyətlə, heç bir sənədə rast gəlmək mümkün deyildir?! Bunu erməni analitikləri də (A.Arzumanyan) etiraf edir: “Ermənistanın inkişafı və müasir dövlətə çevrilməsi yolunda ən böyük maneə erməni xalqının özüdür. Bugünkü Ermənistan elitasının ölkənin gələcəyi üçün heç bir layihəsi mövcud deyildir. Bu elita erməni xalqının inkişafına ən böyük maneədir və gələcəyin mənzərəsində onun yeri yoxdur. Çünki bu, iflas edən ölkənin elitasıdır, inkişaf onun üçün təhlükəli ola bilər. Onun əsas dərdi öz canının qeydinə qalmaqdır. Aydın dərk etmək lazımdır ki, bu vəziyyətin davam etməsi heçliyə gedən yoldur. Bu, erməni dövlətinin yaxın perspektivdə məhv edilməsi strategiyasıdır. 20 ildən sonra Ermənistanın adı yalnız diasporada qalacaq. Hələ bu özü də çox cəsarətli proqnozdur. Çünki bundan daha əvvəl daha bir yanlış müharibə baş verərsə...” (http://armtoday.info/default.asp?Lang=_Ru&NewsID=26666).  

Digər maraqlı məsələ bu ölkədə milli hərbi təhlükəsizlik strategiyasının xarici ekspertlərə həvalə edilməsidir. Halbuki yazılmamış qanunlar var ki, dövlət hər hansı sahəni autsorsinqə verə bilər, yalnız və yalnız gələcəyin obrazını formalaşdırmaq səlahiyyəti istisna olmalıdır. Ermənistanın öz siyasətində strateji mədəniyyətin olmaması təsdiqini tapmışdır.

 

Reallıq və praqmatizm strateji xüsusiyyət kimi

 

Proqnoz və ssenarilərin “Edip effekti” adlanan özünütəkzib və özünüreallaşdırma kimi xüsusiyyəti mövcuddur. Yalnız reallıq və obyektivlik hissinə əsaslanan proqnozlar özünü doğrulda bilər və bunun əksi olan halda özünütəkzib baş verir. Ötən 20 ilin yekunları göstərdi ki, milli quruculuq strategiyası reallıq hissi və milli maraqlara istinad nöqtəsi kimi dayaqlanmaqla uğurlar qazana bilmişdir. XXI əsrdə gələcəyə dair proqnozların əsas fərqi onların gözlənilməz və əlverişsiz inkişaf ssenarilərinə (“wild cards”) həssas yanaşmasıdır. Son onillikərdə Roma klubunun və s. proqnozlarının özünü doğrultmamasının səbəbi məhz bu məqama biganə yanaşılması olmuşdur. Qlobal maliyyə böhranından ən az itki ilə çıxan Azərbaycan sübut edir ki, gələcək hədəfləri sırf geosiyasi, yaxud mondialist baxışla görən subyektivizmdən və illüziyadan uzaqdır. (məs.:J.Attali “Gələcəyin qısa tarixi” (2008). Arxaizm də, “sivilizasion romantizm” də bizə yaddır və Azərbaycanda stereotiplərin əsiri olmamaq rəqabət üstünlüyünə çevrilmişdir. Tarixi təcrübə və gələcəyə hesablanan sürətli dinamika - gerçək proqnoz metodologiyası bunlara əsaslanır.

Sərəncamda yaxın on ilin “proqnoz üfüqü” əhatə edilmişdir. Bu, ortamüddətli, ən optimal strategiyadır. ABŞ alimi A.Şlezingerin dövri inkişaf dinamikasına əsasən, dövlətin ictimai və siyasi yüksəlişinin təbii və ümumən qəbul edilmiş amillərindən biri iqtisadi inkişaf fazalarıdır. Makroiqtisadi trendlərin müsbət nəticələri ətrafında dövlətə ictimai etimad və etibarın yeni koalisiyaları formalaşır, xalqın və elitanın daha sıx birləşməsi baş verir. Qarşılıqlı konsensus inkişafın təməlinə çevrilir. Müsbət iqtisadi dinamikanın siyasi trendə təsiri bir tərəfdən xalqın əhval-ruhiyyəsini, digər tərəfdən elitanın seçilmiş kursun düzgünlüyünə inamını şərtləndirir.

 

Dövlətin sabahı dəyərə çevriləndə

 

Sərəncamın tarixi əhəmiyyəti ondadır ki, yeni tariximizi yaratmaq və yaşatmaq indiyə qədər olduğu kimi, bundan sonra da əlimizdədir və inkişafın daxili potensialının səfərbər edilməsi üzərində qurula bilər. 20 illik böhranı önləyən quruculuq və demokratiya təcrübəmiz əvəzsiz sərvətdir. Eyni zamanda, gələcək naminə ümummilli birlik dövlətçiliyin inkişaf resursuna, mənəvi dəyərinə çevrilə bilər.

Sərəncamın mənəvi-ideoloji əhəmiyyəti gələcəyimiz naminə milli birliyin təmin edilməsi, onun hər kəsin ortaq səyləri ilə qurulması baxımından çox böyükdür. Azərbaycan insanı bütün fəaliyyətin məqsədində, mərkəzində durur. Azərbaycan vətəndaşı gələcəyi qurmağın başlıca resursu, potensialıdır, lakin, eyni zamanda, o, gələcəyin məqsədidir, hər şey vətəndaş rifahı naminədir. Konsepsiyada indiyə qədər olduğu kimi, yenə də başlıca vəzifə Azərbaycan vətəndaşının ən yüksək həyat keyfiyyəti standartlarının müəyyən edilməsi və rifahının yüksəldilməsi olacaqdır.

Hər bir dövlət üçün vətəndaş ən fundamental məsələdir. İnsanları ümumi vətəndaş məfhumu ilə birləşdirmək üçün dövlət öz gələcəyinin ideal obrazını yaratmaqla, həm də cəlbedici vətəndaşlıq obrazını yaradır. Bu gün “korporativ vətəndaşlıq” anlayışı gündəmə gəlmişdir. Bəzi insanlar üçün, məsələn “Google”nin əməkdaşı olması, onun adi başa düşülən milliyyət və vətəndaşlığından daha önəmli olur. O, öz əhatəsində avropalı və ya asiyalı olmasından asılı olmayaraq məhz bu “mənsubiyyəti” ilə qəbul edilir. “İdentiklik buketi” ortaya çıxır. Gələcəyin dövlətini məhz identiklik məkanı üzərində nəzarət müəyyən edəcəkdir. Cəlbedici vətəndaş isə yalnız cəlbedici identiklik və inkişaf modelinə malik olan dövlətdə ola bilər. Cəmiyyətə yeni mədəniyyət - strateji düşüncə ənənəsi gətirməklə, Sərəncam, hər bir vətəndaşa gələcəyimizi qurmağa dəvətlə müzakirə məkanını açır.

Gələcəyə baxış paradiqmasının beynəlxalq əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan uğurlu gələcək qurmağı hədəfə alan dövlət və cəlbedici inkişaf modelinə malik ölkə kimi əməkdaşlıq üçün böyük inam və nikbinliyə əsas yaradır. Bu o deməkdir ki, Azərbaycan on il sonra da dünya birliyinin fəal və etibarlı tərəfdaş ölkəsi olaraq qalacaqdır. Fərq yalnız onda olacaq ki, qlobal və regional əhatədə baş verən proseslərə təsir imkanları baxımından milli maraqları təmin etmək üçün indikindən daha güclü olacaqdır. Qarşıdakı on ildə Azərbaycanda artıq özü-özünü təmin edən, müasir, yüksək rifah dövləti formalaşacaqdır.

 

Gerçək təşəbbüs yeni liderliyin simvolu və keyfiyyət göstəricisidir

 

Siyasi lider, strateq və Ali Baş Komandan bir simada cəmlənir. “Elitalar inqilabı” (Kristofer Leş) əsərində kütlə fəallığına rəğmən XXI əsrdə elitaların labüd fəallıq və çağırışlarla üz-üzə olacağı meyli təsvir edilmişdir. Azərbaycanda milli elita çoxsaylı çağırışlarla üz-üzədir: ərazi bütövlüyümüzün təmin olunması, enerji təhlükəsizliyi, neftin qiymətlərinin “qabarması və çəkilməsi”, regional münaqişələr, qlobal maliyyə böhranı, beynəlxalq terrorizm, işğaldan azad ediləcək torpaqların sonrakı dirçəlişi və davamlı iqtisadi yüksəlişinin təmin edilməsi kimi çoxsaylı məsələlər buraya aiddir.

Dövlət başçısı cəmiyyətə vədlər və illüziyalar deyil, XXI əsrdə milli inkişaf ideyasının növbəti 10 ildə reallığa çevrilməsini təmin edən konsepsiyanı birgə formalaşdırmağı təklif etmişdir.

Gələcəyə baxışlar çox olub və hələ çox olacaqdır. Lakin strategiyalar nə qədər mükəmməl olsa da onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır. Bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Bu, gələcək üçün hiss edilən çox böyük məsuliyyətlə əlaqədardır. Bu Sərəncam hər bir fəal və intellektual azərbaycanlıya ünvanlanıb. Dövlət başçısının təşəbbüsü, xüsusilə də Sərəncamda qeyd edilən “müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin” kreativ, humanitar sahə təmsilçilərinin gələcəyə dair dialoqa nə dərəcədə hazır olması və fəal qoşulmasını sınaqdan çıxaran göstərici olacaqdır. İddialı olduğu qədər də real olacaqdır. Çünki indiyə qədər gəldiyimiz yol buna əminlik hissini yaradır. Ümid və əminliyin əsasını artıq iki onillik müddətində “müstəqilliyin əbədi, sarsılmaz və dönməz olması”nın gerçəkləşməsi naminə öz real bəhrəsini verən liderin siyasi kursu, qalibiyyətli milli inkişaf strategiyasının mövcudluğu təşkil edir.

Dövlət başçısı İlham Əliyev indiyəqədərki mərhələnin yığcam mahiyyətini bu sözlərlə ifadə etmişdir: “Azərbaycan 20 il ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut edib ki, biz müstəqil ölkə, azad xalq kimi yaşaya bilərik”.

Sərəncam göstərir ki, qarşıdakı tarixdə ərazi bütövlüyümüzün təmin ediləcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olacağımız, dövlətinin daha güclü, xalqının daha çox rifahda yaşadığı, dünyanın bütün bölgələrində daha çox tanınan, milli maraqları qoruyan siyasi lideri ətrafında daha sıx birləşən Azərbaycanın əzəmətini dünyanın etiraf edəcəyi zamanın artıq başlandığının fərqində olmalıyıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb