İnnovativ həllərə dair müsabiqə keçiriləcək
Bakı, 22 iyul, AZƏRTAC
BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) İnvestisiyaların və Texnologiyaların Təşviqi Ofisinin təşəbbüsü ilə innovativ həllərə dair müsabiqə keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD) və “Future Cleantech Architects” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüsün məqsədi “təmiz texnologiyalar” və davamlı torpaq idarəetməsi sahəsində fəaliyyət göstərən özəl müəssisələrin innovativ həllərinin təşviq edilməsidir. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyktləri və startaplar da iştirak edə bilərlər. Müraciətlərin qəbulu üçün son müddət avqustun 2-dir.
Müsabiqəyə dair ətraflı məlumatı UNIDO-nun https://www.unido.org/global-call-itpos veb-səhifəsindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]