İNSAN HÜQUQLARI ÜZRƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əməkdaşlığa dair bağlanmış ikitərəfli müqavilələrə əsasən, Litva və Qırğızıstan ombudsmanlarının nümayəndələri insan hüquqları üzrə təcrübə keçmək üçün tezliklə Bakıya gələcəklər. Onlar təsisatın çoxşaxəli fəaliyyəti ilə tanış olacaq, insan hüquqlarının qorunması sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edəcək, həmkarları ilə fikir mübadiləsi aparacaqlar.