“İnsanlıq fəryadı” adlı kompozisiya nümayiş olunub
Bakı, 23 fevral, AZƏRTAC
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasinda “İnsanlıq fəryadı” adlı kompozisiya nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Xocalı faciəsinin 24-cü il dönümünə həsr edilmiş tədbirdə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək Xocalı faciəsini təkcə Azərbaycana qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən böyük və dəhşətli cinayət adlandırıb.
Tədbirdə Xocalı sakinləri yaşadıqları dəhşətli anlardan söhbət açıblar.
Sonda universitetin istedadlı tələbələrinin ifasında “İnsanlıq fəryadı” adlı kompozisiya nümayiş etdirilib.