“İnter” İtaliya Superkubokunu, İnzagi beşinci titulunu qazanıb
Bakı, 23 yanvar, AZƏRTAC
Futbol üzrə İtaliya Superkubokunun qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirilən oyunda “Napoli”ni 1:0 hesabı ilə məğlub edən “İnter” titula sahib çıxıb.
Neapol klubu 60-cı dəqiqədə meydanda azlıqda qalıb. Covanni Simeone ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Matçdakı yeganə qolu isə 90+1-ci dəqiqədə Lautaro Martines vurub.
Bu, Simone İnzaginin “İnter”in sükanı arxasında üç mövsüm ərzində qazandığı beşinci titul olub. 48 yaşlı mütəxəssis bunadək iki dəfə İtaliya Kubokunda, iki dəfə isə Superkubokda qələbə sevinci yaşayıb.
Hakimlərin idarəçiliyindən narazı qalan “Napoli”nin baş məşqçisi Valter Mattsari oyundan sonra təşkil olunan mükafatlandırma mərasiminə qatılmayıb. O, Simeoneyə göstərilən qırmızı vərəqənin düzgün qərar olmadığını iddia edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]