“İntihar çıxış yolu deyil” mövzusunda onlayn seminar keçirilib
Bakı, 16 mart, AZƏRTAC
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “İntihar çıxış yolu deyil” mövzusunda onlayn seminar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva və könüllülər iştirak ediblər.
Seminarda psixoloq Zəhra Zahidova “İntihar nədir?”, “İntihar çıxış yoludurmu?”, “İntiharın səbəbləri nələrdir?” mövzularında iştirakçılara ətraflı məlumat verib. Sonda gənclərin sualları cavablandırılıb.