İORDANİYADA İCTİMAİ YERLƏRDƏ SİQARET ÇƏKƏNLƏR 1,5 MİN DOLLAR CƏRİMƏ ÖDƏYƏCƏKLƏR
Tibb müəssisələrində, məktəblərdə, kinoteatrlarda, ictimai kitabxanalarda, hava limanlarında, qapalı idman meydançalarında, mühazirə salonlarında və nəqliyyatda siqaret çəkməyə qadağa qoyulmuşdur. Əvvəllər qaydaları ilk dəfə pozanlar 25 dinar, ikinci dəfə siqaret yandıranlar ikiqat, bu vərdişi ilə heç cür bacara bilməyənlər isə 500 dinar cərimə ödəyirdilər. İndi isə maksimum cərimənin məbləği 1000 dinardır.
İordaniya regionun 1977-ci ildən tütünə qarşı qanun tətbiq edən ilk ölkəsidir. Qanuna əsasən, ictimai yerlərdə, nəqliyyatda siqaret çəkmək, habelə siqareti reklam etmək qadağan olunmuşdur. İordaniya siqaret çəkilməsi ilə mübarizə haqqında beynəlxalq sazişi imzalamış, noyabrın 1-i isə krallıqda “Tütünsüz gün” elan edilmişdir.
Rəsmi məlumatlara görə, 5,5 milyon əhalisi olan bu ölkədə təxminən hər il 350 milyon qutu siqaret satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]