Azərbaycan Dövlət İnformasiya Agentliyi

İordaniyada Ulu Öndər Heydər Əliyevin 100 illiyi silsilə tədbirlərlə qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Müasir Azərbaycanın memarı və banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, öncə paytaxt Əmmanda yerləşən Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluğu rəmzini bildirən dairədə anım mərasimi keçirilib. Əmman şəhər Böyük Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubunun İdarə Heyətinin sədri və bir sıra üzvləri, ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının fəalları və səfirliyin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir Eldar Səlimov bu günün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etdiyini qonaqların diqqətinə çatdırıb, bu əlamətdar və tarixi hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğu barədə məlumat verib.

Səfir dahi şəxsiyyətin həyatı, fəaliyyəti, sovet və müstəqillik dövründə xalqı və Vətəni üçün gördüyü misilsiz xidmətləri, eləcə də yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın ərəb-İslam dünyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rolundan geniş bəhs edib. Bu xüsusda, Azərbaycan-İordaniya əlaqələrinin möhkəm təməlinin məhz Ulu Öndərin mərhum Kral Əl-Hüseyn İbn Talal ilə 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən İslam Əməkdaşlıq Konfransına üzv ölkələrin sammiti çərçivəsində baş tutmuş görüşdə qoyulduğunu tədbir iştirakçılarına xatırladıb.

Tədbirin sonunda Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq dairə və ətrafında şam ağacları əkilib.

Sonra səfirliyin binasında qardaş və dost ölkələrin diplomatik missiya rəhbəri və diplomatlarının, eləcə də İordaniya Senat və Nümayəndələr Palatasının üzvləri, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin rəhbər heyətinin, o cümlədən Krallığın aparıcı mətbuat və televiziya nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev (1923-2023)” adlı elmi simpozium və İordaniya Baş nazirinin müavininin müşaviri Məhəmməd əl-Məlkəvinin müəllifi olduğu “Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)” adlı kitabın təqdimat mərasimi olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumatları, həmçinin ərəb və İslam ölkələrinin rəhbərləri ilə görüşlərini, eləcə də dünya liderləri və BMT, ICESCO və Ərəb Dövlətləri Liqası kimi nüfuzlu beynəlxalq təşkilatların sabiq baş katiblərinin Heydər Əliyev haqqında fikirlərini özündə ehtiva edən belə bir kitab ilk dəfə olaraq Yaxın Şərq ölkəsində və məhz mötəbər vəzifə sahibi tərəfindən qələmə alınır.

Simpoziumun açılışında səfir E.Səlimov bugünkü tədbirin mahiyyəti və əhəmiyyətinə toxunaraq, çağdaş Azərbaycan dövlətinin qurucusu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma xalqı və Vətəni üçün gördüyü böyük işlərə geniş yer ayırıb. O qeyd edib ki, məhz yenicə müstəqilliyini bərpa edən, ağır siyasi və sosial-iqtisadi vəziyyətlə qarşı-qarşıya olan və Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Bu cür mürəkkəb durumda müdrik Azərbaycan xalqı nicat yolunu yalnız Heydər Əliyevdə görürdü. Səfir bundan sonra Azərbaycanda Heydər Əliyev epoxasının başladığını diqqətə çatdıraraq, həmin vaxtda ölkəmizdə hərtərəfli sürətli tərəqqiyə start verildiyini və gələcəyə hesablanmış qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin əsasının qoyulduğunu qeyd edib.

Tədbirdə çıxış edən İordaniya Nümayəndələr Palatasının üzvü, Palatada Asiya və Okeaniya ölkələri ilə Dostluq assosiasiyasının rəhbəri Əbdülrəhim əl-Maayah dahi şəxsiyyət Heydər Əliyevin Kral Əl-Hüseyn İbn Talal və hazırkı Kral II Abdullah ilə görüşlərini yada salıb. Vurğulayıb ki, məhz Heydər Əliyev dost və qardaş ölkələrimiz arasında dostluq və əməkdaşlığın güclü əsasını qoyub. Həmin əlaqələr bu gün iki lider - Prezident İlham Əliyev və Kral II Abdullahın şəxsi münasibətləri sayəsində keyfiyyətcə yeni müstəvidə inkişaf edir.

Daha sonra söz alan “Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)” adlı kitabın müəllifi, İordaniya Baş nazirinin müavininin müşaviri Məhəmməd əl-Məlkəvi bu mühüm əsərin ərsəyə gəlməsindən danışıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında kifayət qədər məlumatlı olduğunu və zəngin tarixə malik Azərbaycan xalqının bu böyük oğlunun ərəb dünyasında görkəmli dövlət xadimi kimi tanındığını əsas tutaraq, Heydər Əliyev haqqında kitab yazmağı qərara aldığını simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışların ardından müəllifin imzası ilə “Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)” adlı kitabın təqdimatı keçirilib.

Diqqətə çatdıraq ki, “Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)” adlı kitab İordaniya Milli Kitabxanasında rəsmi qeydiyyata alınıb və bu yaxınlarda bir sıra nüsxələri kitabxananın rəhbərliyinə rəsmi şəkildə təqdim ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək