İrakli Kobaxidze: Aİ səfirləri çox vaxt beynəlxalq prinsipləri və qaydaları kobud şəkildə pozurlar
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) səfirləri çox vaxt beynəlxalq prinsipləri və qaydaları kobud şəkildə pozurlar, bu, qəbuledilməzdir. Amma şükürlər olsun ki, hamı özünü Avropa İttifaqı, Böyük Britaniya və Almaniya səfirləri kimi aparmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, konkret səfirlərin siyasi proseslərdə birbaşa iştirakını hamı görür. Bu, demokratiya prinsipinin, Vyana Konvensiyasının prinsipinin pozulmasıdır. Bunun üçün cavab tələb olunur və bu, normal diplomatik tədbirdir.
“Avropa bürokratiyasında ciddi problemlər var və səfirlərin hərəkətləri bu problemlərin əksidir. Ümid edirik ki, səfirlər diplomatik öhdəliklərə qayıdacaqlar. Onlar başqa şeylərlə yanaşı, Avropa qaydalarına da riayət etməlidirlər. Səfirlər sovet üslubunda hərəkət edə bilməzlər, onların Xarici İşlər Nazirliyinə çağırılması diplomatik bir tədbirdir”, – deyə Baş nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [20:10]
Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]