İran nümayəndə heyətinin Hərbi Qənimətlər Parkında olması münasibətlərin müsbətə doğru irəliləməsindən xəbər verir
Bakı, 12 sentyabr, AZƏRTAС
General-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran Silahlı Qüvvələrinin nümayəndə heyətinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdükdən sonra Hərbi Qənimətlər Parkında olması iki ölkə arasında münasibətlərin müsbətə doğru irəliləməsindən xəbər verir. Bunu Vətən müharibəsi və ondan sonrakı dövrdə mövcud gərginliklər fonunda Azərbaycan və İran arasında daha sıx əlaqə kimi dəyərləndirmək olar. Ermənistan regionda yeganə güvəndiyi yaxın qonşu dövləti olan İran bu gün Azərbaycanın dövlətinin siyasətini və Prezident İlham Əliyevin vaxtından əvvəl hadisələri görərək 3+3 formatını təklif etməsini qəbul etməsinə gətirir. Ancaq çox təəssüflər olsun ki, informasiya savaşı hələ də davam edir.
Bunu “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn AZƏRTAC-a açıqlamasında söyləyib.
Hərbi-siyasi ekspertin sözlərinə görə, bu dövrdə ermənilər həmin məsələni qiymətləndirmədən sosial şəbəkələrdə təxribatlara əl ataraq İranın guya Azərbaycanın sərhədlərinə qoşun yığması və Ermənistan-Azərbaycan münasibətlərinə müdaxilə etməsi kimi məlumatlar yayırdı. Bunun heç bir əsası yoxdur. İran rəsmilərinin Azərbaycana səfəri, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidanın İrana səfər etməsini düşmənə qarşı informasiya savaşının təzahürü kimi görmək olar. Əslində, Cənubi Qafqaza yönəldilən bütün problemlərin əsas mərkəzi bu bölgə olsa da, onun təsiri İran ilə Rusiyaya qarşı seçilən platsdarmadır. Onun əsas bağlayıcı qüvvəsi Ermənistandır. Baxmayaraq ki, Vətən müharibəsi dövründən sonra İran açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və buna görə də müəyyən təlimlər keçib. Lakin İran anlayır ki, Ermənistan özü də bu ölkə ilə soyuq müharibə aparan ABŞ və digər qüvvələri Cənubi Qafqazda yerləşdirməklə, sonradan İrana doğru fəaliyyət aparılacaq. ABŞ-ın Ermənistanda təlimlər keçirməsi və eyni zamanda, da Ermənistanın Rusiyadakı səfirinə nota verilməsi şimal qonşumuzla İranın ortaq düşüncələrə gəlməsinə səbəb olub. Əslində, İran və Rusiya özü də ABŞ-ın hədəfidir və bunun da sonradan həyata keçirilməsi üçün hədəflərin dəyişdirilməsinə xidmət edəcək. Ümumiyyətlə Cənubi Qafqazda sabitliyin pozulması ilə nəticələnən addımların Ermənistan tərəfindən dəstəklənməsi qəbuledilməzdir.