DÜNYA
İRAN PREZİDENTİ İRAQDA OĞURLANMIŞ RUSİYA DİPLOMATLARININ AZAD EDİLMƏSİNƏ KÖMƏK GÖSTƏRƏCƏK
İran Prezidenti Mahmud Əhmədinejad rusiyalı həmkarı Vladimir Putinə söz vermişdir ki, İraqda oğurlanmış Rusiya diplomatlarının azad edilməsinə kömək üçün əlindən gələni əsirgəməyəcəkdir.
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında bu mövzunu foruma müşahidəçi qismində gələn İran və Pakistan liderləri ilə müzakirə etmişdir.
Putinin sözlərinə görə, Pakistan Prezidenti Pərviz Müşərrəf də rusiyalıların azad edilməsinə kömək göstərəcəyinə söz vermişdir.
Xatırladaq ki, iyunun 3-də Bağdadda Rusiya diplomatik nümayəndəliyinin dörd əməkdaşı oğurlanmışdır. Diplomatların getdikləri avtomobilə yaraqlıların basqını nəticəsində səfirliyin bir əməkdaşı həlak olmuşdur.
Rusiyalıların oğurlanmasına və öldürülməsinə görə məsuliyyəti İraq qruplaşmalarının heç biri indiyədək öz üzərinə götürməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]