İranın Anaj xəbər agentliyi 20 Yanvar faciəsinin dəhşətlərini farsdilli oxuculara təqdim etmişdir
Tehran, 22 yanvar (AZƏRTAC). İranın Anaj xəbər agentliyi rəsmi internet saytında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş hərbi-siyasi cinayətin dəhşətləri barədə farsdilli oxuculara məlumat verilmişdir. (http://anaj.ir/news/pages/20932).
Faciənin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Təbrizdəki baş konsulluğunda təşkil olunmuş mərasimlə bağlı hazırlanmış məqalədə qeyd edilir ki, keçmiş sovet dövlətinin hərbi birləşmələrinin amansızlığı Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə, Azərbaycan xalqı müstəqillik uğrunda daha sıx birləşdi, azadlıq mübarizəsini daha böyük mətinliklə davam etdirdi.
Məqalədə faciə ilə bağlı fotoşəkillər də yer almışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]