İranın İRNA agentliyinə yeni baş direktor təyin edilib
Tehran, 6 iyun, AZƏRTAC
İranın İRNA rəsmi dövlət informasiya agentliyinə yeni rəhbər təyin edilib.
AZƏRTAC xəbər verir ki, İranın Mədəniyyət və islam irşad naziri Abbas Salehinin sərəncamına əsasən, Seyd Ziya Haşimi İRNA agentliyinin baş direktoru vəzifəsindən azad edilib, onun yerinə Məhəmmədrza Novruzpur təyin olunub.
Məhəmmədrza Novruzpur bu təyinatadək prezident administrasiyasında ictimai əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışırdı.
S.Z.Haşimi isə İranın Hollandiyadakı səfirliyinə mədəniyyət attaşesi təyin edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]