İraqda internet oyunu vasitəsilə 30 nəfərin ölümünə səbəb olan gənc həbs edilib
Qahirə, 1 noyabr, AZƏRTAC
İraqda “Roblox” internet oyunu vasitəsilə 30 nəfərin intiharına səbəb olmuş gənc həbs edilib. Gənc oyun vasitəsilə qurbanlarını cəlb edərək onları intihara sürükləyib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxsin oyunda qurbanlarını özlərinə zərər verməyə və adlarını qanla bədənlərinə yazmağa təhrik etdiyi bildirilir.
İstintaq zamanı gəncin oyunun imkanlarından istifadə edərək qurbanlarını zorakılıq, intihar və heyvanları yandırmaq kimi mənfi davranışlara sövq etdiyi müəyyənləşib. Qurbanların çoxu ərəb və xarici ölkələrdən olub. Sonuncu qurban iraqlı yeniyetmə qız olub və gəncin təlimatlarına itaət edərək intihar edib.
Qeyd edilməlidir ki, İraq bu ilin oktyabrında “Roblox” platformasının istifadəsini ölkədə qadağan edib. Bunun səbəbi oyunun seksual istinadlar və qeyri-etik ifadələr ehtiva etməsi, həmçinin uşaqlar və yeniyetmələr üçün elektron şantaj təhlükəsi yaratmasıdır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]