İRAQDA QADINLAR ÜÇÜN BENZİNDOLDURMA STANSİYALARI YARADILMIŞDIR
İraqda döyüş əməliyyatları başlanandan yanacaq qıtlığı yaranmışdır. Benzindoldurma stansiyalarına benzin və ya dizel yanacağı gətirilən kimi burada bir anda uzun növbələr düzülür. Qadınları bu problemdən azad etməkdən ötrü xüsusi benzindoldurma stansiyaları yaradılmışdır. Burada növbələr xeyli qısadır, cəmi 3-4 saat vaxt aparır. İraqlı xanımlar da yaxınlıqdakı kafedə qəhvə içə-içə dünyanın dərd-sərini müzakirə edirlər.
Bəzən kişilər də maşınlara benzin doldurmaq üçün “dəmir atları”nı xanımlarına etibar edirlər. Ancaq “Bəxtiyar”ın əməkdaşları “yalançıları” asanlıqla aşkar edə bilərlər. Çünki bu ölkədə pikap və İraqda kişilər arasında populyar olduğu üçün Monika Levinskinin şərəfinə “Monika” adlandırılan “Toyota” markalı avtomaşınları xanımlar idarə etmirlər. Bağdadın 650 minlik əhalisindən yalnız 9 min qadının sürücülük vəsiqəsi var. Yük maşınlarının yalançı qadın sürücüləri isə benzindoldurma stansiyasındaca qəza törədirlər. Odur ki, stansiyanın heyəti nəqliyyat vasitəsinin sənədi təqdim olunmadan yanacaq buraxmır.
Menecerlərdən biri deyir ki, kişilər növbələrdə dava-dalaş salaraq, problem yaradırlar, burada isə belə hadisələr olmur.