DÜNYA
İraqın Baş naziri Türkiyədə səfərdədir
İstanbul, 1 noyabr, Günel Karatepe, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudaniyi qəbul edib.
AZƏRTAC xəbər verir ki, İstanbulda yerləşən Vəhdəttin köşkündə baş tutan görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.
Prezident Ərdoğan başda İnkişaf Yolu layihəsi olmaqla tarixi köklərə malik Türkiyə-İraq əlaqələrinin inkişaf etdirilməsinin hər iki ölkə üçün saysız faydalarının olacağını və bunun üçün zəruri addımları qərarlılıqla atmağa davam edəcəklərini bildirib.
İraq hökumətinin PKK/KCK terror təşkilatı ilə mübarizəyə dair atdığı müsbət addımların ölkəsində məmnunluqla qarşılandığını vurğulayan Ərdoğan bildirib ki, terror təşkilatları həm Türkiyə, həm də İraq üçün təhlükə mənbəyidir və ortaq mübarizə hər iki ölkənin rifahına xidmət edir.