“İrəli” İctimai Birliyi “Xocalı yürüşü” təşkil edib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “İrəli” İctimai Birliyi “613 şəhid” adlı yürüş təşkil edib.
“İrəli” İctimai Birliyinin “Azadlıq” meydanına toplaşan 613 üzvü “Xocalı abidəsi”nə yürüş edib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən şəhidlərin ruhunu yad etmək, soyqırımının dəhşətini diqqətə çatdırmaq olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Facebook” və “Twitter”də genişmiqyaslı sosial aksiya başladılıb. Aksiyanın əsas məqsədi “Facebook” sosial şəbəkəsində izləyicilərinin sayı 10 milyondan çox olan 500-dən çox səhifədə “Xocalıya ədalət” mesajını paylaşmaqdır.