IRENA-nın baş direktoru: COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq VİDEO
Bakı, 15 mart, AZƏRTAC
COP29 çox gözəl düşüncə platformasıdır. Bakının bu tədbirə ev sahibliyi edəcəyini səbirsizliklə gözləyirik. COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, enerji stansiyasını yaratmaqla 2040-cı ilədək emissiyanın 40 faiz azaldılması qarşıya məqsəd qoyulub. “Bu, 60-50 faiz güc deməkdir. Lakin bu, bizim istədiyimizdən çox azdır. Ən azı 1200 meqavat yaşıl enerji gücünə ehtiyacımız var. Növbəti il biz onu real işimizlə göstərməliyik", - deyə IRENA-nın baş direktoru bildirib.