İşğaldan azad edilmiş ərazilərdə 800-dək sakin üçün kiçik bizneslər yaradılıb
Bakı, 9 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramlarından biri də özünüməşğulluq proqramıdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin ərazilərə köçürülmüş 800-dək sakinə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib.
Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar. Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması ilə bağlı bacarıqlar öyrədilir. Təlimləri bitirdikdən sonra isə onlara biznes planlarına uyğun aktivlər verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]