İshaq Cahangiri: İran Qarabağın bərpasında iştirak etməyə hazırdır
Tehran, 1 dekabr, AZƏRTAC
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının videokonfrans formatda keçirilən toplantısında İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.
O bildirib ki, İran özünün iqtisadi imkanlarından istifadə edərək energetika və tranzit sahəsində yenidənqurma və bərpa işlərində iştirak edə bilər.
Vitse-prezident onu da diqqətə çatdırıb ki, İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrə müəlliflik edir. Bu layihələrdən təkcə İran ilə Azərbaycan deyil, regionun bütün dövlətləri faydalana bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]