İŞİD Vyanada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Vyana, 3 noyabr, AZƏRTAC
İŞİD terror təşkilatı noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, “Nashir News“ platformasında yerləşdirilən məlumatda “xilafətin əsgəri“nin Avstriya paytaxtında təxminən 30 nəfərin ölümü və yaralanması ilə nəticələnən hücum həyata keçirdiyi qeyd edilib. “Teleqram“ mesaj xidmətində fəaliyyət göstərən kanallardan birində də terrorçu təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü elan edib.
Avstriyanın rəsmi qurumları bu bəyanatın nə dərəcədə həqiqətə uyğun olduğu və arxasında təsdiqləyici faktların dayandığına dair heç bir açıqlama verməyiblər. Yaxın Şərq üzrə ekspert və politoloq Tomas Şmidinqer APA-ya verdiyi açıqlamada bildirib ki, sui-qəsdçi İŞİD ”brend”i altında terror aktını törətsə də, böyük ehtimalla onu təkbaşına hazırlayıb və həyata keçirib.
Ekspert həmçinin bildirib ki, indiyədək əldə edilən istintaq dəlilləri cinayətin İŞİD mərkəzində hazırlanması və ya Vyanada terror aktının törədilməsinə dair tapşırığın verilməsini güman etməyə əsas vermir. Bununla belə zərərsizləşdirilən terrorçunun İŞİD-lə əlaqələrini hazırkı halda istisna etmək də mümkün deyil.
T. Şmidinqerin sözlərinə görə, istintaq hərəkətlərinin gedişatında həm bu məsələyə, həm də terrorçunun sosial çevrəsinə dair məsələlərə aydınlıq gələcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]