İslamiadanın bədii gimnastika üzrə fərdi final yarışları keçirilir
Bakı, 14 may, AZƏRTAC
Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə fərdi final yarışları keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə gimnastlar fərdi yarışlarda gürzlər, lent, halqa və top ilə hərəkətləri yerinə yetirirlər.
Yarışda Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva birincilik uğrunda mübarizə aparırlar.