İsmayıllı-Qəbələ yolunda zəncirvari qəza: 2 nəfər həlak olub, yaralılar var VİDEO
İsmayıllı, 28 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Xanagah kəndindən keçən hissəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan mikroavtobus və iki minik avtomobilinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 33 yaşlı Ümüd Vəliyev və onu 23 yaşlı həyat yoldaşı Nərmin Vəliyeva hadisə yerində həlak olublar. Altı nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
AZƏRTAC-ın yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.