İSMAYILLI YAXIN İLLƏRDƏ GENİŞ TURİZM MƏKANINA ÇEVRİLƏCƏKDİR
İsmayıllı Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Dövlət Proqramına uyğun olaraq burada geniş miqyaslı tədbirlər həyata keçirilir. Rayon gənclər, idman və turizm idarəsinin rəisi Rüstəm Səmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, İsmayıllının turizm potensialını və perspektivlərini əks etdirən xəritə hazırlanmış, 5 turizm zonası müəyyən edilmişdir. “Qız qalası”, “Kələmərc” və “İstisu” istirahət mərkəzləri daxili, habelə xarici turizm üçün son dərəcə perspektivli yerlərdir.
Bölgədə piyada turizm üçün də əlverişli şərait mövcuddur. 126 kilometrlik İsmayıllı–Babadağ, 133 kilometrlik İsmayıllı–Quba, 105 kilometrlik İsmayıllı–Şamaxı və 79 kilometrlik İsmayıllı-Qalcıq–Qəbələ dağ yollarının marşrutları da dəqiqləşdirilmişdir.
Göstərilən dövlət qayğısı yaxın illərdə İsmayıllını geniş turizm məkanına çevirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]